Ülviyyə Rəhmanova Dubayda təqdimata qatıldı

Ülviyyə Rəhmanova Dubayda təqdimata qatıldı
7502 dəfə oxunub
  • A-
  • A
  • A+
Professor Nərgiz Paşayevanın qızı, "Nargiz" dərgisinin baş redaktoru Ülviyyə Rəhmanova Rusiyanın məşhur dəb saytlarından olan "Buro 24/7”nin Dubayda təşkil etdiyi mərasimə qatılıb.

Axşam.az xəbər verir ki, saytın ingilis dili versiyasının təqdim edilməsi məqsədi ilə keçirilən gecədə bir çox tanınmış simalar iştirak edib.

Birləşmiş Ərəb Əmirliyində baş tutan mərasimə layihənin yaradıcısı Miroslava Duma və Salama Alabbar 70-ə yaxın qonaq çağırıb.

Ü.Rəhmanova ilə yanaşı Azərbaycandan tədbirə Ayla İmanova da yollanıb.