Basketbolçu İbrahim Kutluayla boşanma ərəfəsində olan model Demet Şener 3 mərtəbəli villasının qapılarını “İnStyle Home” dərgisi üçün açıb.
Axşam.az xəbər verir ki, modelin 2 uşağı ilə birlikdə qaldığı evi dekorasiyası ilə diqqət çəkib.
Demetin evində əsasən rəngarəng tablolar üstünlük təşkil edir. Xüsusilə güzgülər və antik aksesuarlarla bəzədilən villada əsasən ağ-qara və qırmızı rənglər hakimdir.