Günayın geyimi hər kəsin diqqətini çəkdi - fotolar
Dünya
09:30 / 27.11.13
3678dəfə oxunub
A-
A
A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bosniya və Hersoqovinanın paytaxtı Sarayevodadır.
Axşam.az-ın məlumatına görə, Rusiyanın birinci kanalında yayımlanacaq "Türk tranziti" serialının çəkilişlərində iştirak edən model daha sonra Bolqarıstana yollanacaq.
“Best Model of the World” yarışmasında münsif qismində iştirak edəcək G.Musayeva bu günlərdə Türkiyənin tanınmş dizayneri Yıldırım Mayrukun “2023”ə Hekayələr / MODE-ON” adlı dəfiləsinə də qatılıb. 150 nəfərlik komandanın 2 ay boyunca hazırladığı kolleksiyanı 28 model sərgiləyib. “Park Bosphorus İstanbul”da baş tutan moda nümayişində podiuma həmyerlimizlə yanaşı Çağla Şikəl, Dəniz Pulaş, Sema Şimşek, Yüksel Ak kimi modellər də çıxıb. Türkan Şoray, Bülənt Ərsoy, Nebahat Çehre, Türkan Sabancı, Derin Mermerci kimi məşhurların izlədiyi dəfilədə Günay geyimi ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Kolleksiyanın ən iddialı libasını sərgiləyən Günayın həyat yoldaşı, aktyor Tolqa Karel xanımını ön sıralardan izləyib.