Müğənni Kərim Abbasovun avtomobili qəzaya uğrayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Facebook”dakı profilində yazıb. Maşınının əzilmiş formada şəkillərini paylaşan Kərim qəza zamanı özünün avtomobildə olmadığını vurğulayıb. Maşınını bir neçə saatlıq dostuna verən ifaçı onu bu vəziyyətdə geri alıb:
“Dostlar, maşınımın bu vəziyyəti mənə çox pis təsir edir. Çalışın, heç kimə maşın verməyin. Verib sonra pis olmaqdansa, verməyib pis olun. Görün avtomobilimi nə günə qoydular”.