Tanınmış ifaçının Bakıya gələcəyi tarix məlum oldu

Tanınmış ifaçının Bakıya gələcəyi tarix məlum oldu
1774 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayevin Azərbaycana gələcəyi tarix bəlli olub.

Axşam.az-ın məlumatına görə, bu barədə azərbaycanlı müğənni Roza Zərgərli məlumat verib. 

İfaçının sözlərinə görə, Ziyad İşanxocayev dekabrın 10-u, saat 18:30-da  ölkəmizə təşrif buyuracaq.

“Şərq bazarı” müsabiqəsində tanış olduğu  Roza Zərgərlinin dəvəti ilə Bakıya gələn ifaçı onunla birgə ifa etdiyi duetin təqdimat mərasiminə qatılacaq. Mahnı “Tı i ya” ("Sən və mən") adlanır.

Xatırladaq ki, daha əvvəl özbək müğənnisi Roza Zərgərlinin əla səs diapazonuna sahib olduğunu və onunla birgə möhtəşəm layihə hazırlamaq istədiyini açıqlamışdı.

Çinarə