"Lider" telekanalının aparıcısı Aynur Hacıyeva doğum gününü qeyd edib.
Axşam.az-ın məlumatına görə, aparıcı təmtəraqlı gecəyə sənət aləminin tanınmış simalarını da dəvət edib.
Onlar arasında xalq artisti Amaliya Pənahova, əməkdar artist Cavanşir Məmmədov, teleaparıcılar Sədaqət Rəşidqızı, Elnarə Təhməzova, Lamiyə Ələkbərqızı, aktyor Elnur Kərimov, müğənnilər Elariz Məmmədoğlu, Emil Bədəlov, Səidə Sultan, Leyla Babayeva, Yaşar Yusub, Aysel Əlizadə, model Natella Kərimova və başqaları iştirak ediblər.
Aparıcılığını Zabir Əliyevin etdiyi mərasimdə A.Hacıyeva həm də yeni mağazasının açılışını qeyd edib.
Tədbir maraqlı məqamları ilə yadda qalıb. Belə ki, teleaparıcının rəhbəri olduğu məkanın əsas siması müğənni Emil Bədəlovun qızı Səadət seçilib.