Tanınmış aktyor Leonardo Di Kaprio sevgilisi Toni Qarnla ayrılması ilə bağlı şayiələrə son qoyub.
Axşam.az xəbər verir ki, Hollivud ulduzu modellə məşhur reper Kanye Uestin konsertində görüntülənib.
Xoşbəxt görünən cütlük gecə boyu bir-birinə nəvaziş göstərib. Paparatsilər Di Kaprionun Tonini öpdüyü anı əbədiləşdirə biliblər.
Leonardo Di Kaprio konserti maraqla izləyib və tez-tez mobil telefonu ilə reperi çəkib.