Canlı yayımda Ruhiyə sürpriz hədiyyə - Fotolar

Canlı yayımda Ruhiyə sürpriz hədiyyə -  Fotolar
3952 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” layihəsinin ötəngünkü buraxılışında sürpriz dolu anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl ailə qurduğu və bal ayında olduğu üçün verilişə qatılmayan münsif, vizajist Nigar İbrahimova geri qayıdıb.

Vizajist layihənin siması Ruhi Əliyevaya üzəri qaşlarla bəzədilmiş suvenir bağışlayıb. Ötən gün verilişdə üç gənc qız – Ülkər, Asya və Nigar münsif qarşısına çıxıb. Onlardan Ülkər və Asya üçüncü yarımfinala vəsiqə qazana bilib. Münsiflər Ruhi Əliyeva, Nigar İbrahimova, stilist Nasir Babayev, “Passage” dərgisininin baş redaktoru Nərminə Ağasi və modelyer Afaq Nigarın geyimini bəyənməyib və onu zövqsüz adlandırıb. Canlı yayımda göz yaşlarını saxlaya bilməyən Nigar münsiflərin haqsız olduğunu deyib.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV