Tünzalənin ad günü partisi: "Özümə təyyarə, yaxta..." - fotolar

Tünzalənin ad günü partisi: "Özümə təyyarə, yaxta..." -  fotolar
4712 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva ad günü edib.

Axşam.az-ın məlumatına görə, müğənni şəhər restoranlarının birində baş tutan gecəyə çox az sayda sənət dostunu dəvət edib.

Ağayeva əvvəlcə səhnəyə çıxaraq, mahnılar səsləndirib, kiçik konsert verib. Daha sonra isə pərəstişkarları və qonaqları ilə birlikdə tort kəsib. Müğənni media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra parti keçirib.

T.Ağayeva hər zaman özünü səhnədə rahat hiss etdiyi üçün özəl günündə də konser vermək istədiyini deyib:

“Klassik tədbirlərdə çox oluram. Özümə aid olan məclisləri isə fərqli görmək istəyirəm. İstədim masa arxasında oturmaq, yemək yemək məcburiyyətində olmayaq. Belə tədbirləri hər zaman xəyal edirəm, ona görə öz məclisimi belə etdim. İnsanlar sərbəst olsun, oynasın, istəsələr yesinlər”.



Tünzalə gecəyə az sayda sənət adamı çağırmasının səbəbini açıqlayıb:

“İstədim media, fan-klub, tamaşaçılar, dostlar yanımda olsun. Başqasının etdiklərinə hörmətlə yanaşıram. Düşünmürəm ki, mütləq orada olmalıyam. Yüz yerə çağrılmıram, incimirəm də. Düşünürəm, məndən də inciməyəcəklər. Adət etdiyimiz ad günü deyildi bu. Əsas məqsədim də ad günü keçirmək deyildi. Konsert etmək üçün bəhanə gəzirdim. Səhnədə olduğum an mənim üçün bayramdır. "Salam, gətirin hədiyyələrinizi, xoş gəldiniz, keçin kabab yeyək” kimi bir məclis istəmirəm. Əsl Tünzalə səhnədədir”.

41 yaşını qeyd edən müğənni özünə olan arzularını dilə gətirib:

"Qadın kimi xoşbəxt və güclü olmaq istəyirəm. İnsan özünü aldada bilməz. İçində bir boşluq varsa, simana yansıyacaq. Yalnızlıq, boşluq, sevgisizlik özümə arzulamıram. Bir günüm dostlarsız olmasın, yoxsa itib-bataram. Mən özümə təyyarə, yaxta, brilyantlar arzu etmirəm, tək istəyim hüzurdur"

T.Ağayeva gecədə “Bağışla” adlı mahnısına çəkdirdiyi yeni klipini də təqdim edib.

Foto: Qulu İBRAHİMOV (İnstaqram: quluibrahimovphotography)