Əməkdar artist Tünzalə Əliyeva təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, müğənni “Qoşa qanad” adlı mahnısına çəkdirdiyi klipini media nümayəndələrinin ixtiyarına verib. “Qoşa qanad”ın sözləri Yusif Nəğməkar, musiqisi Tünzalənin özünə məxsusdur.
İncəsənət adamlarının da dəvət olunduğu tədbirin aparıcılığı Murad Arifə həvalə olunub. T.Ağayeva ekran işinin bir neçə aya ərsəyə gəldiyini deyib.
“Qoşa qanad”ın sözlərini yazan Y.Nəğməkar Ağayevanın ifasının çox təsirli olduğunu vurğulayıb. Tədbirdə “Chameleon” animasiya studiyasının rəhbəri Natiq Zeynalov bildirib ki, indiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, burada kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.
Mahnıda valideynlərə sevginin aşılanması əks edilib. T.Ağayevanın anası da tamaşaçılar sırasında oturub. O, klip nümayiş edilən zaman göz yaşlarını saxlaya bilməyib.