İsveçrədə yaşayan Lusia adlı qız maraqlı həyat tərzi keçirir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı Lusia gündüz baxıcı kimi işləyir, axşamlar isə özünü amerikalı rejissor Tim Burtonun filmlərindəki obrazlara bənzədir.
Heç bir estetik əməliyyat keçirmədiyini deyən qız gəlinciklərə çevrilərək fotolarını sosial mediada paylaşır.
Əvvəllər buna adi hal kimi baxan Lusia get-gedə insanların da marağına səbəb olduğunu görüb və özünü müxtəlif obrazlarda sınamağa başlayıb.
Gündüzlər bir yaşlı qadına baxan qız axşamlar qeyri-adi geyimlər geyinib, makiyaj etdiyini və bu görkəmdə ya dostları ilə, ya da sevglisi ilə görüşə getdiyini bildirib.