"Bazardan aldığımı da geyinərəm"

"Bazardan aldığımı da geyinərəm"
2237 dəfə oxunub
  • A-
  • A
  • A+
“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasmein Özilhan alış-veriş mərkəzində görülüb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı İzzət Özilhanla ailəli olan aktrisa hər zaman dəbli və bahalı geyim tərzi ilə diqqət çəkir. Yasemin marka aludəçisi olmadığını, bazardan alacağı paltarı da geyinə biləcəyini deyib:

“Bəzi ayaqqabı, libas çox baha ola bilər. Amma mənim elə bir problemim yoxdur. Bahalı olması şərt deyil. 3-5 minə geyinən var. Əsas olan yaraşmasıdır. Brend olmayan paltarı da geyinərəm. Bazara getməyəli 10 il olub. Amma oradan aldığım paltarı da tədbirlərə, toya geyinərəm. Ayrı-seçkilik etmərəm”.