Teleaparıcı Afaq Gəncəli yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, aparıcı bu dəfə fotoqraf Niko Abbasovun obyektivi qarşısına keçib. Afaq qlamur şəkillərdə bir neçə obrazda görünüb.
Onun vizajını Sevanna, saç düzümünü isə Elvin Paşay edib. Afaqın yeni fotosessiyasının səbəbi isə rəhbəri olduğu “ATV maqazin onlarla” verilişinin yeni anonsu və formatı ilə bağlıdır. Gəncəli hələ yeniliyin nədən ibarət olduğunu sirr saxlamaq istədiyini bildirib.