“Bozbash pictures” komandasının ərsəyə gətirdiyi “Bir xalanın sirri” filminin qalası olub.
Axşam.az-ın məlumatına görə, gecəyə incəsənət adamları da qatılıblar. Komandanın əvvəlki qala gecələrinə nisbətən bu dəfə tədbirə az sayda məşhur sima dəvət olunub.
Əvvəlcə aktyorlar və qonaqlar qırmızı xalçadan keçib. Onlar media nümayəndələrinin filmlə bağlı suallarını cavablandırıblar. Yaradıcı heyət ekran işi ilə bağlı qısa məlumat verdikdən sonra qonaqlar filmi izləyiblər.
Emil Quliyevin rejissorluq etdiyi “Bir xalanın sirri” komediya janrındadır. Ekran işində İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, İlkin Misgərli, Azər Baxşəliyev, Gülzar Əşrəfova rol alıblar.
Foto: Ramin ASLANOV