Bir çox mükafatlara sahib gənc musiqiçi Sam Smit “Ölmək üçün 13 səbəb” serialının baş rol ifaçısı, sevgilisi Brandon Flin ilə Londonda küçədə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Sam Brandonla ətrafdakıları nəzərə almadan öpüşüblər.
Bir müddət birlikdə olan cütlüyün gizlincə nişanlandığı bildirilir.
Qeyd edək ki, Sam 2016-cı ildə “Spectre” filmi üçün səsləndirdiyi "Writing's on the Wall" adlı nəğməsi ilə “İlin ən yaxşı mahnısı” nominasiyası üzrə Qızıl kürə və Oskar qazanıb. O, eyni zamanda “İlin səs yazısı”, “İlin mahnısı”, “Ən yaxşı pop vokal albom” və “İlin ən yaxşı sənətçisi” nominasiyaları üzrə “Qremmi” mükafatının qalibi olub.