Faiq Ağayevin 250 minlik "Vida"sı

Faiq Ağayevin 250 minlik "Vida"sı
2301 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanın xalq artisti Faiq Ağayev 27-30 dekabr tarixlərində Heydər Əliyev adına sarayda təşkil olunacaq “F.A Vida” adlı konsertindən öncə mətbuat konfransı keçirib.

Axşam.az-ın verdiyi məlumata görə, tədbirin əvvəlində Faiq Ağayevin yeni “Əlvida” klipinin təqdimatı olub.

Daha sonra jurnalistlərin suallarını cavablandıraraq “F.A Vida” haqda ətraflı məlumat verən xalq artisti konsertin təşkilatçılarına göstərdiyi dəstəyə görə xüsusi minnətdarlığını bildirib. Xalq artisti konsertin adının niyə məhz “Vida” adlanması haqda danışaraq bu ideyanın onun "Facebook" sosial şəbəkəsindəki dostu Anar Əsgər tərəfindən irəli sürüldüyünü söyləyib.

27-30 dekabr tarixlərində Heydər Əliyev adına Respublika sarayında təşkil olunacaq konsertdə F.Ağayevi 9 musiqiçi və 5 vokalçı müşayiət edəcək. F.Ağayev daha sonra konsertdə ifa olunacaq mahnılar haqda da danışıb:

“5 il ərzində mənim üçün təxmini 15-18 yeni mahnı yazılıb. Konsertə 25 musiqi nömrəsi daxil etmişik. Bunlardan 21-i mahnı, 4-ü meqamiksdi. Məni səhnədə 10 rəqs qrupu müşayiət edəcək”.

Daha sonra konsertə dəvətli olan şəxslər haqda danışan xalq artisti heç kəsə dəvətnamə göndərmədiyini söyləyib:

“Ötən illərdən fərqli olaraq bu dəfə heç kəsə dəvətnamə göndərməmişəm. Mənə konsertlə əlaqədar zəng edərək iştirak etmək istədiyini deyən şəxslərə xüsusi dəvətnamə ayırmışam”.

10-60 azn arasında olan konsertin biletlərinin 65 faizinin satıldığını deyən xalq artisti Türkiyədən konsertlə əlaqədar xüsusi  işıq mütəxəssislərinin dəvət olunduğunu qeyd edərək bu görüşün ilin ən çox arzulanan tədbirlərdən biri olacağını söyləyib:

“Konsertin ilk günü çox gözlənilməz olacaq. Klipin bugünkü təqdimatında  iştirak edən hər bir jurnalistə xüsusi dəvətnamə ayıracağıq”.

Daha sonra Xalq artisti “Əlvida” klipi haqda danışıb: “Musiqisi Nailə Mirməmmədli, sözləri Xuraman Vəfaya aid olan mahnı üçün klipin ilk çəkilişləri 16 dekabr tarixində başlayıb. Bu gün səhər saatlarında klipin bütün texniki işlərini də yekunlaşdırdıq.”.

“Əlvida” adlı klipin operatoru Elmir Süleymanov, montaj və post-prodaktionu Ramiz Hüseynov, geyim üzrə rəssam və stil Renat Ramazanov, makiyaj üzrə rəssam Nigar İbrahimovadır. Klipdə F.Ağayevin tərəf müqabili olaraq tanınmış teleaparıcı (“10lar” verlişi) Afaq Gəncəli çəkilib.

Təşkil olunacaq konsertin ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri isə Rüstəm Zeynalovdur. Konsertin audio-reklamının səsləndirilməsində isə tanınmış tv və radio aparıcıları-Kamilə Babayeva, Aqil.M.Quliyev Lalə Əlimuxtarova, Nəsib Nur,  Mətanət Əliyeva və Şəhriyar Əbilov iştirak edib.

“F.A Vida”da F.Ağayevi “Spider” şou-baleti və xüsusi dəvət olunan  rəqqaslar müşayiət edəcək. Konsetlə bağlı hazırlanan xüsusi videolar isə Nisulik Cəfərova, Mahir Rəhimov, İlham Yaşaroğlu və Ramiz Hüseynova aidddi. Aranjımançılar Givi Usenaşvili və Yaşar Baxışdı.

Xalq artistinin “F.A Vida” adlı konserti üçün 56 nəfərdən ibarət işçi qrupu çalışacaq. Konsert üçün 250 min azn xərclənib.

Nigar MƏHƏRRƏM