Koreyalı pop ifaçıları Bakıya gəlir

Koreyalı pop ifaçıları Bakıya gəlir
367 dəfə oxunub
  • A-
  • A
  • A+
Koreya Azərbaycandakı Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aprelin 28-də Bakı Musiqi Akademiyasında “Bakı K-pop Festivalı - 2018” keçirəcək.

Səfirlikdən Axşam.az-a verilən xəbərə görə, festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək.

“Bakı K-pop Festivalı’ artıq 4-cü ildir, keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıb.

Qeyd edək ki, festival Koreya səfirliyinin təşkilatçılığı, “‘Hansamo Azərbaycan”-ın dəstək və koordinatorluğu ilə keçirilir. “Hansamo Azərbaycan” (sədri Nuray Kərimova) mərkəzi Bakı olmaqla 2 mindən artıq üzvdən ibarət Koreyasevərlər Assosiasiyasıdır.

Qeyd edək ki, festivalda iştirak ödənişsiz olmaqla, tədbirin keçiriləcəyi salona ilk gələn 650 nəfərə hədiyyə qazanmaq şansı verən nömrəli biletlər təqdim olunacaq.