Rəqqasə Fatimə Fətəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert verib.
Axşam.az-ın məlumatına görə, sənətçi səhnəyə sahibi olduğu “Banu” rəqs məktəbinin tələbələri ilə birlikdə çıxıb.
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdə Fatimə rəqslər nümayiş etdirib. Çıxış edən sənətçi həyəcanlı olduğunu da gizlətməyib:
“Konsertimizin adı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Birlik”dir. Mənə yaxın olan hər kəs konsertimi izləməyə gəlib. Bu günə kimi tələbələrimlə birlikdə bir çox uğura imza atdım”.