“M Group Production”ın təşkilatçılığı ilə “Maşın” şounun 16-cı mövsümü start götürüb.
Axşam.az xəbər verir ki, açılış mərasiminə hər zamankından fərqli olaraq bu dəfə az qonaq çağrılıb. Şouya dəvət olunan yarışmaçılar da hər kəsi təəccübləndirib.
Siyahı açıqlandıqdan sonra sosial şəbəkədə iştirakçılarla bağlı müzakirələr başlayıb. Bir çoxları iştirakçılardan narazıçılığını gizlətməyib.
Şouda bu dəfə daha çox dəfələrlə yarışmada yer alanlar görünüb. Belə ki, əməkdar artist Abbas Bağırov dördüncü dəfə “Maşın”a qatılıb. Aktyor Azər Axşam isə artıq üçüncü dəfədir yarışmada yer alır. Müğənni Roza Zərgərli üçüncü, aparıcı Günel Hümbətova ikinci, müğənni Əli Mirəliyev də ikinci dəfədir "Maşın”da yarışmağa başlayıb.
Ən təəccüblüsü isə 14-cü “Maşın”da yer alan Pərvin Abıyevanın şouya gəlməsidir. Sosial şəbəkə istifadəçiləri onun uzun fasilə vermədən yenidən yarışmaya qatılmasını qınayıblar.
Foto: İlqam CƏBİYEV