Xanəndə İlahə İbadova vaxtının əsas hissəsini övladına ayırmağa çalışır.
Axşam.az-ın məlumatına görə, sənət işlərinin çoxluğu bəzən onu analıq qayğısından ayırsa da, sənətçi uçun önəmlisi , 4 yaşlı Ayanın düzgün tərbiyəsidir. Xanəndə övladını özündən savayı yalnız anasına etibar edir. Sənət işlərini başa vurub, yorğunluğunu övladı ilə çıxarır. Uzun bir vaxtdan sonra övladı ilə mediada görünən sənətçi ailə məsələlərini hər an qabartmağı zəruri bilmədiyini söylədi:
“Ayana olan diqqəti heç özümə göstərmirəm. Hər gün onunla bağlı nə isə düşünürəm. Bəzən saatlarla yanında ola bilməsəm də, sonradan bunun əvəzini çıxmağa çalışıram” – deyən sənətçi Ayanı cəmiyyətə yararlı övlad kimi böyütməyi qarşısına məqsəd qoyub:
“Yaşına görə yükləməməyə çalışıram. Qavraya bildiyi qədər məşğələlərə aparıram. İngilis dili müəllimi hazırlaşdırır. Yəqin ki, daha da böyüdükcə gələcəkdə hansı peşəyə daha çox meyilli olacağı bəlli olacaq”.