Dünya bu cütlükdən danışır - Kamazı evə çevirdilər+Fotolar

Dünya bu cütlükdən danışır - Kamazı evə çevirdilər+Fotolar
3684 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı cütlük - İona Stüart və Martin Hill fenomenə çevriliblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onların qeyri-adi evləridir. Belə ki, səyahət etməyi çox sevən cütlük Kamaz alıb və onu evə çeviriblər.

Martinin sözlərinə görə, onlar nəqliyyata 4670 dollar (təxminən 8 min AZN), onun təmirinə isə 25 min dollar (təxminən 42500 AZN) pul xərcləyiblər.

27 yaşlı İona ilə 28 yaşlı Martin bütün işləri özləri görüb. "Evin" dekorasiyasını Stüart veribsə, quraşdırılması isə Hillə aiddir.

Kamazda mətbəxt, iki nəfərlik yataq, şkaf, hamam, tualet və balaca zal mövcuddur. Martin bütün işlərin cəmi 5 aya bitdiyini bildirib. O, Kamazı mayda aldıqlarını, işləinin isə oktyabrda bitdiyini vurğulayıb.