Model Demi Rouz yenə də geyimi ilə gündəmə gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün tədbirlərdən birinə qatılan model uzun yarıqlı geyimi ilə diqqətləri üzərinə çəkib.
İnstaqramda tanınaraq məşhurlaşan Demi paparazzilərin hədəfinə tuş gəlib. Kameralara gülümsəyərək keçən Rouz verilən sualları cavablandırmayıb. Model məkandan çıxdıqdan sonra avtomobilinə minərək oradan uzaqlaşıb.