4 ildir dırnaqlarını kəsmir - Bu da nəticə+Fotolar

4 ildir dırnaqlarını kəsmir - Bu da nəticə+Fotolar
4897 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yaşayan Yelena Şilenkova dırnaqları ilə görənləri heyrətləndirir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 4 ildir dırnaqlarını kəsmir. Buna səbəb isə rəfiqələrinin oan "Dırnaqlarını uzada bilməzsən" deməsi olub. Bundan sonra rəfiqələri ilə mərcə girən Yelena 4 il 3 aydır ki, dırnaqlarını uzadır.

Dırnaqlarına "körpələrim" deyə xitab edən Şilenkova, onlar zərər görməsin deyə üzmədiyini, tenis oynamadığını və soyuğa baxmayaraq əlcək geyinmədiyini bildirib.

Dırnaqlarının uzunluğunu 12 santimetr olan Yelena bəzi insanların ondan xoşlanmadığını, bəzilərinin isə buna görə onunla şəkil çəkdirmək istədiklərini də vurğulayıb.