Aktrisa Qamze Özçelik "Hempa uşaq dərnəyi"nin təşkil etdiyi mükafatlandırma mərasiminə qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ilk dəfə başı bağlı görünüb. Bir neçə dəfə İnstaqramda başı bağlı şəkillər paylaşan Qamzeni ilk dəfə həyatda bu cür görənlər onu bəyəndiyini söyləyiblər.
Qeyd edək ki, əvvəlki müsahibələrindən birində Qamze namaz qıldığını, başını da bağlamağa hazırlaşdığını bildirmişdi. Ümumiyyətlə Özçelik xeyriyyə əməlləri ilə yadda qalan məşhurlardandır. O, 2 ay öncə afrikalı uşaqlara yardım etmək məqsədi ilə 400 min türk lirəsi (təxminən 103 min AZN) dəyərində olan evini satıb.
Aktrisa Qurban bayramında da afrikalı uşaqlara 100 min (26 min AZN) türk lirəsi dəyərində geyim və qida göndərmişdi.