Vüsalın toyunda nələr baş verdi? - Fotolar

Vüsalın toyunda nələr baş verdi? -  Fotolar
5083 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, dünən müğənni Vüsal Hacıyevin toyu olub.

Axşam.az-ın məlumatına görə, məclis şəhər restoranlarından birində baş tutub. Gecəyə şou-biznes nümayəndələri də qatılıblar. Restorana gələn zaman bəy-gəlin maşını xarab olub və cütlik məclisə bir az gec qatılıblar.

Kameralar qarşısına keçən Vüsal sualları cavablandırıb. O, "Çox düşünəndən sonra qərar verdim ki, evlənmək lazımdır. Tərəddüdlər olurdu, bu sahədə qeyri-ciddiləri çoxdur. Ona görə də qızı verməkdə çətinlik çəkirdilər. Məni tanıyandan sonra qızı verməyə razı oldular. Qayınanama təşəkkür edirəm ki, məni olduğum kimi dəyərləndirdi" deyə bildirib.

Müğənnilər gecədə səbəbkarlar üçün mahnılar səsləndiriblər.

Foto: İlqam CƏBİYEV