İngiltərənin paytaxtı Londonda yaşayan Louis Harvey adlı qadın həyatının faciəsini yaşayıb.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı 3 uşaq anası sinəsini böyütmək üçün bıçaq altına yatıb. Lakin o, dünyasını dəyişib.
Məlumata görə, əməliyyat uğurla başa çatıb. Hətta qadın evə buraxılıb. Lakin 2 həftədən sonra sinəsində ağırlıq hiss edib, yenidən xəstəxanaya müraciət edəndə isə artıq gec olub.
Həkimlər əməliyyat sonrası Louisin qanının laxtalandığını və bunun da ağciyəri sıradan çıxardığını söyləyiblər. Onlar əllərindən gələni etsələr də, qadını xilas etmək mümkün olmayıb.