Şou-biznes nümayəndələri hər zaman geyimləri ilə müzakirə ediliblər. Bu dəfə isə onların aksessuarları diqqət çəkib.
Müxtəlif məclislərdə Axşam.az fotokamerasına tuş gələn ifaçılarımızın istifadə etdiyi aksessuarlar nəzərimizdən qaçmayıb.
Müğənnilər Nadir Qafarzadə mavi pencəyinin üstünə gül dəstəsini xatırladan sancaq taxıb.
Müğənni Ayaz Qasımov isə musiqisi sevgisini geyimində də əks etdirib. Belə ki, sənətçi yaxasına not şəklində aksessuar taxıb.
Əməkdar artist Səlim Abbasov da qırmızı koftasının üstündən sancaq taxıb.
Foto: İlqam CƏBİYEV