Kim Kardaşyandan İnstaqrama altı milyonluq zərbə

Kim Kardaşyandan İnstaqrama altı milyonluq zərbə
3352 dəfə oxunub
  • A-
  • A
  • A+
Təxminən 5 milyon 700 min fanatı ilə İnstaqramın ən çox azarkeş ordusuna sahib olan Ermənistanın porno ulduzu şəbəkəni çəkilən fotoları icazəsiz satacağı üçün təhdid edib.

Axşam.az-ın məlumatına görə, ötən ilin aprelində “Facebook” sosial şəbəkəsi tərəfindən 1 milyard dollara satın alınan foto paylaşım şəbəkəsinin bu yenilikləri Kim Kardaşyan tərəfindən müsbət qarşılanmadığı üçün o buranı tərk etməyi düşünür. İnstaqramda edilən dəyişikliklərdən sonra Kardaşyan onlara rəqib olan digər qurumla işbirliyi qurmağı qərara alıb. Kardaşyan İnstaqramı tərk edəcəyi halda şirkət təxminən 6 milyon müştərisini itirə bilər. Şəbəkənin rəhbəri Kevin Systron isə Kardaşyanla aralarında anlaşılmazlığın olduğunu, bir-birlərini başa düşmədiyini deyərək məsələyə aydınlıq gətirəcəyini söyləyib. İnstaqramda edilən dəyişikliklər isə gələn ilin yanvarın 16-da qüvvəyə minəcək.

Nigar MƏHƏRRƏM