"Talehi gözəl yola saldım ki, get otur evdə" - Sərxan

"Talehi gözəl yola saldım ki, get otur evdə" -  Sərxan
972 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mənim reklama ehtiyacım yoxdur. Sponsora güvənsəydim, burada canımı qoymazdım".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Maşın" şouda yer alan aktyor-aparıcı Sərxan Kərəmoğlu media nümayəndələri ilə görüş zamanı deyib. Hazırda şouda yer alan Kərəmoğlu sualları cavablandırıb, vayner-aktyor Mənsur Şərifdən danışıb:

"Mənsur müsbət xarakter yaratmışdı. Amma oyunçu deyildi. Ona çox adam dəstək çıxdı, amma mənim də getməyimi istəmirdilər. Mənə dəstək olmalarının qarşısını aldım. WIFI-dan istifadə edənləri qınamadım, təhqir etmədim. Mən də hansısa restoranda olanda WIFI-dan istifadə edirəm. Mənsurla mübarizədə küçə mədəniyyəti ilə televiziya mədəniyyətinin mübarizəsi getdi. Televiziya mədəniyyəti qalib gəldi. Mənsur məni hədəf seçməsəydi, indi oyunda qalardı".

Sərxan oyundan uzaqlaşdırdığı Taleh Yüzbəyovdan bəhs edib:

"Xalqdan hər dəfə səs istəyə bilmərəm. Xalqa nə vermişəm ki, ondan səs istəyim? Elə bir oyunçunu çıxardım ki, ləyaqətli, peşəkar, amma şouya qatılmayandır. Onu gözəl yola saldım, get otur evdə. Oyun oynayanları sevir, oynamayanları yox".