80-ci illərin məşhur modellərindən olan Nastasia Urbanonun son halı izləyiciləri təəccübləndirib. Axşam.az-ın məlumatına görə, o, artıq küçədə yaşayır.
Buna səbəb isə onun övladlarınının atası ilə tanış olmasıdır.
"Vogue" jurnalının üz qapağında dəfələrlə yer alan model açıqlamasında "Mükəmməl həyatım var idi. 20 gün ərzində milyonlarla pul qazanırdım" sözlərini deyib.
O, bildirib ki, baş verən hər şeyə səbəb keçmiş həyat yoldaşıdır:
"Həyat yoldaşıma aid tək gözəl xatirəm övladlarımın olmasıdır. Onu çox sevirdim. Hər şey mənim pulumla edirdi. Bahalı avtomobillər, evlər alırdı.
Bir gün artıq pulumun qalmadığını gördüm. Sonra depressiyaya düşdüm. İndi küçədə yaşayıram.
Doya-doya yaşamaq istəyirəm. İnsanlardan pul istəməkdən yorulmuşam. Ətafımdakı hər kəs məndən uzaqlaşıb. Buna heyrətlənmirəm.
Tək istəyim övladlarımın mənimlə yenidən qürur duymasıdır".