Teleaparıcı Afaq Gəncəli: "Mən gəncəli deyiləm"

Teleaparıcı Afaq Gəncəli: "Mən gəncəli deyiləm"
30119 dəfə oxunub
  • A-
  • A
  • A+

"ATV" telekanalının "Onlar" verilişinin teleaparıcısı Afaq Gəncəlinin müsahibəsi 

-Qısacada olsa özünüzü təqdim edin...

- Gəncəli Afaq Aqil qızı.

- Afaq xanım, sizcə, bu gün sənət və sənətkarlığın səviyyəsi hansı həddə dayanıb?

- Məndə o səlahiyyət yoxdu ki, sənətkarları müzakirə edim.Mənim peşəm aparıcılıq və rejissorluqdur.

-Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- Ara-sıra informasiya əldə etmək məqsədi ilə "Facebook"a daxil oluram.

- Dostluğunuzda neçə nəfər var?!

- Çox deyil, yalnız yaxın adamlar.

- Sevənləriniz küçədə sizi necə qarşılayır?

- Təbii ki, mehribancasına.Xoş sözlər deyirlər. Bu, məni sevindirir.

- Sosial şəbəkələrdə ən çox kütləsi olan "Facebook" səhifəsi məhz sizin "Onlar" verilişidir. Buna əsas səbəb nəyi görürsünüz?



- Bəli, “Onlar” fan pagenin bu qədər maraq doğurmasından xəbərdaram. Bu, peşəkar, güclü komanda və təbii ki, hazıladığımız sujetlərin yüksək səviyyədə olmağından xəbər verir.

-İşlədiyiniz komandadan razısınızmı?

- Həddindən artıq razıyam.Gənc amma peşəkar komandam var. Hər addımı birlikdə atırıq. Uğurlar da göz önündədir.

-Televiziya aparıcısı sizə görə necə olmalıdır?

- Nitqi və səsi gözəl, intellekti yerində, xarici görünüşü isə həddindən artıq dərəcədə qıcıqlandırmamalıdır.

-Maşın sürürsünüz?

- Bəli

-Qiymətini açıqlaya bilərsiniz?

- Qiymətini demiyəcəm. Bahalı deyil, "Nissan Qasqai" idarə edirəm.

- Özlüyünüzdə fikirləşirsiniz ki, kimsə ayağınızın altını qazıyır?

- Var, amma belə cılız şeylərə fikir verməməyə çalışıram. 

-Neçə ildir televiziya sahəsində işləyirsiniz?

- Artıq 15 ildi.

-Uşaqlıq illərində böyüyəndə nə olmağı arzu etmisiz?



- Uşaqlıqdan meyilim incəsənətə olub, aparıcı və ya aktrisa olmaq istəmişəm.

-Teleserial, film və kliplərə çəkilmək üçün təkliflər gəlirmi?

- Təkliflər çox olur. Bir çox filmlərə təklif gəlib amma yox demişəm. Çünki seçim edən insanam. Bu yaxında xalq artisti Faiq Ağayevin "Əlvida" klipində çəkilmişəm.

- Nəyə görə siyasətlə məşğul olmadınız?

- İnsan başı çıxdığı işlə məşğul olmalıdır.

- El şənliklərində iştirak edirsiniz?

- Yalnız dostlarımın tədbirlərində və qonorarsız çıxış edirəm.

-Soyadınızı niyə görə məhz “Gəncəli” qoymusuz?

- Mən şair, dramaturq Novruz Gəncəliin nəvəsiyəm və bu soyad babamın təxəllüsüdür. Amma mən özüm əslində Gəncəli deyiləm.

-Bu ilin ən yadda qalan və sizin verilişə reytinq verən xəbəri hansı oldu?

- Hər həftə "Onlar" sensasiya dolu xəbərlərlə olur. Bu siyahıda eksklüzivlərini "Onlar"a etibar edən Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxanın adını çəkə bilərəm. Əksər zamanlarda onlar qalmaqalsız ötüşmürlər.

-Hobbiniz?

- İdmanla məşğul olmağı sevirəm və rəqsə gedirəm.

-Tamaşaçılarınıza və sizi sevənlərə ürək sözünüz?

- 10ların xəbərini hər zaman yalnız onlardan alın.

bizimbaku.ws