"Heç bir müğənni ilə sevgili olmaram" - Murad

"Heç bir müğənni ilə sevgili olmaram" -  Murad
867 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aparıcı Murad Arif "ATV maqazin onlarla" verilişində 33 sualı cavablandırıb.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcının "Tez-tez söyüş söyürsən? Yarıçılpaq fotolar çəkdirməyə sənə nə mane olur" suallara belə cavab verib:

"Söyüş söymək qüsurumdur, təəssüf ki hə... Daxilimdəki mənəvi baryerlər, bir də çəkim mane olur".

Müğənni "Subay olsaydın hansı müğənni ilə sevgili olardın" sözlərinə "Heç biri ilə" deyərək, münasibət bildirib.