“Türkiyədə o qədər işləyirdim ki, psixologiyam pozulmuşdu” - Aynişan

“Türkiyədə o qədər işləyirdim ki, psixologiyam pozulmuşdu” -  Aynişan
3176 dəfə oxunub
  • A-
  • A
  • A+

“Anam heç vaxt məni gözündən kənarda qoymamışdı. Ancaq təhsilimə görə Türkiyədə yaşamağıma razı oldu. Hamı şokda idi ki, anam necə icazə verib”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynişan Quliyeva “Youtube”da yayımlanan bloqunda söyləyib.

O, Türkiyədə aldığı təhsillə bağlı maraqlı məqamlardan söhbət açıb:

“Türkiyədə yaşamaqla çox böyüdüm. Həmişə qənaətlə xərcləyirdim, sabahımı düşünürdüm. Orada pul xərcləməyi öyrəndim. Ancaq mənəvi olaraq çox yorulurdum. Bilirdim ki, xəstələnsəm su və çörək verənim olmayacaq. Ona görə də, xəstələnmirdim. Anam yanıma gələndə xəstələnirdim, özümə gələ bilmirdim.

Türkiyədə bir neçə ay işləmişəm. Azərbaycanda mənə sıfırdan başlamaq çətin olardı, praktikam yox idi deyə, iş tapa bilməzdim. Anam razı olmadı ki, gəl Bakıya, burada işlə. Dedim ki, mənə bir gün vaxt ver, özümə iş tapacağam.

Sonra 5 ay təhsil aldığım universitetdə çalışmağa başladım. O qədər çalışırdım ki, gecə yuxumda işlətdiyim proqramları görürdüm. İşləməkdən psixologiyam pozulmuşdu. Eyni zamanda dərs deyir, idmanla da məşğul olurdum”.

Aynişan "O səs Türkiyə"yə getməyindən söz açıb:

"Bir evdə qaldığım rəfiqəm qəhvə ilə falıma baxdı. Orada "MB" hərfləri çıxdı. Mən də dedim ki, Murad Bozmu? Getdim yarışmaya, səhnədən əvvəl üç mərhələdən keçməlisən. Getdim və milyonlarla insan içində keçdim. Xəyalımdakı kimi Murad Boz mənə döndü və hətta duet oxudum. Zaldan çıxanda Azan səsi eşitdim, duyğulanıb ağladım".