Müğənnilər Damlanı müdafiə etdilər

Müğənnilər Damlanı müdafiə etdilər
4596 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün intim görüntülərinin yayılması barədə xəbər çıxan Damlaya şou-biznes nümayəndələrindən dəstək yağıb.

Axşam.az xəbər verir ki, prodüser Tarix Əliyev, müğənnilər Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabından ifaçı ilə bağlı paylaşım ediblər.

“Bar verən ağaca daş atan çox olar. Amma bu qədər də olmaz axı. Bir xanımın üstünə bu qədər getməzlər. Reytinq xətrinə insanlıqdan çıxmayın, ayıbdı. Susduqca, vurmağa, əzməyə çalışdınız. Heç kimlə işi yoxdu, başını aşağı salıb, işini görür.Tənqid edənə də, mədəniyyəti ilə cavab verir, təhqir edənə də...” deyə, Xatun yazıb.

Klarnet ifaçısı Hüseyn isə Damlanı 10 ildir yaxından tanıdığını söyləyib:

“İnsan olaraq bir düşünmürsünüz ki, bu insanın övladı var.Ona böyük ziyan vurursunuz. Bir ifaçı kimi yox, insan kimi Damlaya dəstək oluram. O, qadındır. Belə şərəfsizlik olmaz. Mən Damlanı 10 ildir tanıyıram. Əziyyət çəkən vaxtını görmüşəm. Ayıb olsun!”

Natavan isə bu şaiyəni yayan şəxsləri “şərəfsiz” adlandırıb:

“Bu şər, böhtan mütləq öz cavabını alacaq. Qadına, anaya olunan şərəfsizliyin pik nöqtəsidir. Allah görür”.

Elçin Cəfərov isə “Ayıb olsun bu şərəfsizliyi edənlərə! İnsanların haqqına necə girə bilirsiniz?” deyə, İnstaqramda paylaşım edib.

Sevil Sevinc bacıları da bir vaxtlar aralarında soyuq küləklər əsən Damlaya dəstək olub:

“Sənə bu günü yaşadanın Allah bəlasını versin. Sənin ailənə toxunanın, oğlunun canını incidənin şərəfi yoxdur”.