Röyadan Hacı Nurana: “Səni zəhərləyib, öldürəcəm” - Video

Röyadan Hacı Nurana: “Səni zəhərləyib, öldürəcəm” - Video
2764 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Hacı Nuran Hüseynovun doğum gününü bu dəfə dostu, əməkdar artist Röya Ayxan, aparıcı Nəsib Nur və stilist Elnur Həsənov qeyd edib. 

Axşam.az xəbər verir ki, Hacı Nuran üçün tort gətirən Röya ona olan arzuları ilə diqqət çəkib.

“Sağ ol ki, doğulmusan, amma artıq öl, bəsdir. Bir ildir sənin ad gününü qeyd edirik. O dostlardansan ki, hamımız sənə güvənirik. Atam göz əməliyyatı olunmalıdır, mənə yox, sənə zəng edir, aparıb əməliyyat etdirirsən. Sənin yaşın bir il yox, yüz il davam etməlidir. Ancaq bu gecə səni zəhərləyirəm, ölürsən artıq. Bu qədər ömrün var idi sənin, qaqaş” deyə, bildirib.

Daha sonra Hacı “Gəl, şəkil çəkdirək, həyat yoldaşım” deyə, söyləyib.

Ayxan isə ona “Nə? Həyat yoldaşım? Məni də elə sən alarsan, kül mənim başıma” cavabını verib.

Sözügedən kadrları təqdim edirik: