Ordunu gözdən saldığı üçün cərimələndi

Ordunu gözdən saldığı üçün cərimələndi
1219 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvanın Tverskoy Rayon Məhkəməsi rusiyalı aparıcı-aktrisa Nastya İvleevanı ordunu nüfuzdan salmaq maddəsi ilə 50 min rubl cərimələyib.

Axşam.az xəbər verir ki, protokolun tərtib edilməsinə səbəb İvleevanın 1 mart 2022-ci il tarixində instaqramda etdiyi paylaşımlar olub. 

O, Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasını əsl fəlakət adlandırıb və razılığa, insan itkisini dayandıracaq kompromislərə getməyə, müharibəni dayandırmağa çağırıb.

Nastya özü isə məhkəmədə iştirak etməyib.