Elgiz aktyor və oğlunun "O səs Türkiyə" ilə bağlı bütün yalanını açdı

Elgiz aktyor və oğlunun "O səs Türkiyə" ilə bağlı bütün yalanını açdı
3424 dəfə oxunub
  • A-
  • A
  • A+
"Yalan informasiya ilə gündəmə gəldilər. Çox adam mənə zəng etdi, fikir öyrənmək istədi. Guya hansısa yarışmaya qatılıb, münsiflər ağlayıb. Nağıllar, əfsanə danışdı. Göz yumdum, müdaxilə eləmədim. Gərək edərdim. Ortada dəyər verdiyim insan, Rəhman Rəhmanov var idi".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində müğənni Emil Rəhmanın ünvanına deyib. Aparıcı proqramına qonaq olan zaman əməmkdar artist Rəhman Rəhmanov və oğlunun yalandan "O səs Türkiyə" yarışmasına qatılmasını deməsinə aydınlıq gətirib.

Elgiz ifaçının və aktyorun yalanını açaraq bildirib ki, o, heç müsabiqəyə getməyib də:

"Dedilər ki, Seda Sayan ağladı, ürəyi getdi, zalın yarısı göz yaşı tökdü. Məlum oldu ki, heç zalın qapısından içəri girməyib. Yarışmanın rəsmi səhifəsinə baxdım, adı yox idi. Deyir, Elgizin verilişində bu haqda danışdım deyə, qanunları pozdum və uzaqlaşdırıldım. Bəs sənin ilk çıxışının görüntüsü hanı? Heç bir şəkil, video yoxdur, danışır.

Belə bir hal olsaydı, rəsmi məlumat yayardılar. Saytlar yazdı, çıxıbe firdə yazıq görkəm aldı. Gedib yarışmada xariqələr yaradacaqdı. Görün, nə boyda səhv olub, Sedanın ürəyi gedib, yıxılıb ey yerə bundan ötrü. Danışdılar, məlum oldu ki, sabun köpüyüdür, hamısı yalan. Burada səni istedadlı müğənni kimi tanıyırlar, niyə belə yanala ehtiyac var. Bu söhbətdən sonra onlardan ürəyim qırıldı.

Bunları demək çirkinlikdi, amma məni məcbur etdilər. Bilərək, yalandır, niyə verilişimizin adını çəkirsən? Böyük hörmətsizlikdir, bu insanlarla mənimki bitdi".

Qeyd edək ki, Rəhman Rəhmanov "Bizimləsən" verilişində oğlunun "O səs Türkiyə"yə getdiyini, münsiflərin onun ifasına heyran qaldığını söyləmişdi. Daha sonra Emil də bunla bağlı açıqlamalar verib. Sonda isə onun yarışmaya getmədiyinin üstü açılıb.