Məşhur reperə ölüm cəzası verildi

Məşhur reperə ölüm cəzası verildi
2424 dəfə oxunub
  • A-
  • A
  • A+

İran İnqilab Məhkəməsi məşhur iranlı reper Tumac Salehini ölüm cəzasına məhkum edib.

Axşam.az xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.

Salehiyə qarşı ittihamlar 2022-2023-cü illərdə İranda baş verən iğtişaşlarla bağlıdır. Musiqiçi Məhsa Əmininin polis şöbəsində ölümündən sonra başlayan etirazları dəstəkləyib.

33 yaşlı reper 2022-ci ilin oktyabrında saxlanılıb. O, korrupsiyanı yaymaqda günahlandırılıb. İran hakimiyyəti bunu şəriət qanunlarından kənara çıxma adlandırır və ölkə buna görə ölüm cəzası tətbiq edir.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəyini vəd edib. Müdafiə tərəfinin bunun üçün 20 gün vaxtı var.

Qeyd edək ki, 2023-cü ildə Salehi 6 il 3 ay həbs cəzasına məhkum edilib. O, Ali Məhkəmənin qərarı sayəsində ölüm hökmündən yayınıb.