DiKaprio sevgililəri 25 yaşa çatanda onlardan ayrılır - Fotolar

DiKaprio sevgililəri 25 yaşa çatanda onlardan ayrılır -  Fotolar
11923 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media istifadəçiləri Leonardo DiKaprionun sevgi münasibətləri ilə bağlı statistika hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sevgililərinin 25 yaşdan aşağı olmasını istəyir.

Ötən ildən etibarən, özündən 22 yaş kiçik argentinalı model Kamila Morronla birlikdə olan aktyorun bu münasibətinin uzunömürlü olmayacağı deyilir.

“Oskar”lı sənətçi 1997-ci ildən bugünədək 15-i model olmaqla, 20 məşhurla eşq yaşayıb və onlardan 25 yaşlarına çatanda ayrılıb.

İstifadəçilərin hazırladığı statistikaya əsasən, 44 yaşlı aktyor özü nə qədər yaşlansa da, sevgililərinin yaş məsafəsi dəyişmir.

Bildirilir ki, 22 yaşlı Kamilanın DiKaprio ilə sevgi münasibətinin üç il ömrü qalıb.

Qeyd edək ki, Leonardonun sevgililəri sırasında Bleyk Layvli, Bar Refaeli, Erin Hizerton, Cisel Bündşen, Toni Qarn, Keyt Moss, Nina Aqdal, Roksi Horner kimi məşhurlar da olub.