Tatlısəsdən duyğusal paylaşım: "8 il əvvəl yenidən doğuldum"

Tatlısəsdən duyğusal paylaşım: "8 il əvvəl yenidən doğuldum"
12103 dəfə oxunub
  • A-
  • A
  • A+

İbrahim Tatlısəs İnstaqram hesabında qızı Elif Ada ilə şəklini paylaşıb.

Axşam.az-ın məlumatına görə, o, 8 il əvvəl Şişlidə silahlı şəxslərin hücumuna məruz qalmış və başından yaralanmışdı.

Ağır xəsarət alan Tatlısəs həmin gündən bəri öz doğum gününü 4 martda qeyd edir.

Sənətçi şəklinin başlıq hissəsinə də bu barədə fikirlərini yazıb:

"8 il əvvəl yenidən doğuldum. Allah bir can daha bağışladı, məni sizə qovuşdurdu. Şükürlər olsun. Yaxşı ki, doğulmuşam, amma sizlər də yaxşı ki, varsınız. Sevginiz və dualarınız mənə güc verir, həmişə var olun".

Xatırladaq ki, müğənninin doğum günü 1 yanvardır.