“Səni səhnədə yarıçılpaq görmək istəyirik” - İzləyicilərdən Çingizə

“Səni səhnədə yarıçılpaq görmək istəyirik” - İzləyicilərdən Çingizə
11721 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı “Eurovision 2019”da “Truth” mahnısı ilə təmsil edəcək müğənni Çingiz Mustafayev sosial media hesabında izləyicilərinə sual ünvanlayıb. 

Axşam.az xəbər verir ki, o, izləyicilərindən “Eurovision”da hansı imicdə olacağı barədə məsləhətlər alıb.

“Üslubum hər zaman daxili vəziyyətimdən və özümü necə hiss etdiyimdən xəbər verir. Mən yaradıram, daha doğrusu yeni obrazlar oynayıram, çünki bu, mənə özümü göstərməkdə kömək edir. Dostlar, siz məni “Eurovision” səhnəsində necə görmək istəyərdiniz? İmkan yaradın sizin fikirlərinizi oxuyum” deyə, o yazıb.

İzləyicilər isə onu necə görmək istədikləri barədə ifaçıya rəylər yazıblar:

“Səni səhnədə yarıçılpaq görmək istəyirik”, “Qaranlıq bir səhnə və sən neon boyalarla səhnədəsən”, “Məncə, elə özünüz kimi olun”.

Qeyd edək ki, ifaçı Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.