“Mənə "Elza" deyəndə oğlum pis olur” - fotolar

“Mənə "Elza" deyəndə oğlum pis olur”  - fotolar
1802 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan oğlundan söz açıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar-müğənni qonaq olduğu ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinə açıqlamasında övladlarını necə tərbiyə etdiyindən danışıb:

“Bəzən haradasa mənə "Elza" deyə müraciət edirlər. Onda oğlum Əkbər pis olur, dalaşır ki, bu nə səmimiyyətdir. İstəmir, mənə qarşı kobudluq olunsun. Onda övladımı sakitləşdirirəm, məsləhət verirəm. Ana övladın tərbiyəsində ən vacib insandır. Mən övladımın psixologiyasını bilməliyəm. Bəzən Əkbər şikayət edir ki, niyə Gülşənə başqa cür davranırsan. Mən oğluma da qızıma da fərqli tərbiyə öyrədirəm”.

Qeyd edək ki, Elza Seyidcahan bu yaxınlarda millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə keçirilən Adil Mirseyidovun sərgisinə qatılıb. Bir çox tanınmış rəssamların qatıldığı gecədə əməkdar artistə əsər hədiyyə olunub.