Aygünün ad günündə nələr oldu? - fotolar

Aygünün ad günündə nələr oldu? - fotolar
13771 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün xalq artisti Aygün Kazımova ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, möhtəşəm gecənin özəl məqamlarından biri tanınmış simaların məclisə fərqli obrazlarda gəlməsi idi.

Qeyri-adi mərasimin təşkilatçısı prodüser Tolik olub. Tədbirə faytonla gələn Aygün Kazımova "Şahzadə" obrazında geyinib.

Geyimlər qədər xalq artistinə gətirilən hədiyyələr də fərqli olub. Müğənni Ayan Babakişiyevanın tac formasındakı gül çələngi daha çox diqqət çəkib. Hazırda Bakıda olan türkiyəli müğənni Tuğba Ekinci də tədbirdə iştirak edib.

Gecədəki qonaqların maraqlı obrazlarda fotolarını təqdim edirik:

Xalq artisti İlhamə Quliyeva – "Kraliça"



Xalq artisti Faiq Ağayev – "Gəmi kapitanı"



Prodüser Tolik – "Baron"



Müğənni Sevda Yahyayeva – "Kleopatra"



Müğənni Elçin Cəfərov – "Ərəb şahzadəsi"
Dicey Kazım - "Muşketyor"



Müğənni Ayan Babakişiyeva - "Qırmızıpapaq"



Müğənni Kərim Abbasov – “Karib dənizinin quldurları”



Müğənni Elnarə Xəlilova – "Karib dənizinin quldurları”



Aparıcı Günel Hümbətova – "Şahzadə"



Aparıcı Şəhriyar Əbilov – “Snup Doq”



Müğənni Ramal İsrafilov – Milli geyim



Orxan Babazadə - "Sultan"



Prodüser Anar Mədətov və həyat yoldaşı Elnurə Mədətova – Osmanlı geyimi



Qeyd edək ki, gecənin aparıcıları Afaq Gəncəli və Murad Arif olub.



Ad günü ilə bağlı geniş sujetə bu gün, saat 22:00-da ATV telekanalında yayımlanan "Onlar" verilişində baxa bilərsiniz.

Foto: Rəşad ABBASOV