“Əlvida, Şmidt!” təqdim olundu - Fotolar

“Əlvida, Şmidt!” təqdim olundu - Fotolar
11022 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Filmdə rolları Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları canlandırıblar.

Qeyd edək ki, ekran işi beynəlxalq kinofestivallarda iştirak edəcək.