CeyLo 7 ildən sonra yenidən Moskvaya gəlir

CeyLo 7 ildən sonra yenidən Moskvaya gəlir
11114 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ulduzu Cennifer Lopes 7 ildən sonra yenidən Moskvaya gəlir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni avqustun 4-də "ВТБ-Арена"da konsert verəcək. "It's My Party" turnesi çərçivəsində Rusiyanı da ziyarət edəcək CeyLo konsertini 50 illik yubileyinə həsr edib.

Minlərlə tamaşaçının yer alacağı gecə üçün Lopes möhtəşəm şou hazırlığına başlayıb. Gecədə ifaşı 2000-ci illərdə hazırladığı hitlərini də oxumağı planlaşdırıb.

Konsertdə oturacaqlı yerlərə biletlərin qiyməti 3500 rubldan (təxminən 93 manat), rəqs mərtəbəsində 5 min rubl (təxminən 133 manat), fanzon deyilən yerlərdə isə 7500 rubl (təxminən 199 manat) olacaq.