Natavan Hacıyeva ilə vida mərasimi - Fotolar + Yenilənib

Natavan Hacıyeva ilə vida mərasimi - Fotolar + Yenilənib
7222 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva ilə vida mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat yayıb.

Bildirilir ki, diktorla vida mərasimi Hacıyevanın evində baş tutub.

Qeyd edək ki, N.Hacıyeva bir neçə müddətdir xərçəngdən əziyyət çəkirmiş. Son bir ayda isə onun vəziyyəti daha da pisləşib.

***

ONA xəbər verir ki, mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra N.Hacıyeva Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.