Bakıda əfsanəvi ifaçının konserti olub - Fotolar

Bakıda əfsanəvi ifaçının konserti olub -  Fotolar
3410 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib.

Tamaşaçıları "Salam, Bakı", - deyə salamlayan Tomas Anders bu şəhərdə 13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd edib.

Müğənni Heydər Əliyev Mərkəzinin çox heyrətamiz memarlıq incisi olduğunu vurğulayıb:

"Bura mənim indiyədək olduğum bütün məkanların ən gözəli, ən möhtəşəmidir. Binanın arxitekturası insana ilham verir".

Tomas Anders konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub, hitləri müğənni ilə birgə oxuyublar.