10 dəqiqəyə hazırlanan keks - Resept

10 dəqiqəyə hazırlanan keks - Resept
2704 dəfə oxunub
  • A-
  • A
  • A+

Siz də şirniyyatı sevir, ancaq bişirmək üçün vaxtınızın olmadığından şikayət edirsiniz?

Axşam.az sizə 10 dəqiqə ərzində ərsəyə gələn şokoladlı keks reseptini təqdim edir.

Ərzaqlar:
 
150 qr kərə yağı
65 qr kakao
200 qr şəkər tozu
2 yumurta
1 paket vanil, qabartma tozu
100 qr un
 
Hazırlanması:
 
Əridilmiş kərə yağına şəkər, kakao əlavə edib yaxşıca qarışdırın. Yumurtaları da əlavə edin. Una vanil və qabartma tozunu qarışdırın və əlavə edin. Taxta qaşıqla qarışdırın. Mikrodalğanın keks qabını yağlayın, içinə xəmiri əlavə edin. 4-5 dəqiqə yüksək istilikdə bişirin. Üzərini istədiyiniz formada bəzəyə bilərsiniz. Nuş olsun!