“İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ikinci dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib.

Axşam.az xəbər verir ki, Braziliyalı Teo və Daniel Kansello qardaşları və Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının iştirak etdiyi konsert maraqla qarşılanıb.

Kansello qardaşları gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini də vurğulayıblar.

Bununla yanaşı, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, kapoeyra üzrə 4 qat Azərbaycan çempionu, dünya ikincisi, ilk beynəlxalq dərəcəli hakim Nahid Ağazadə konsertdə öz yığma komandası ilə çıxış edib.

Qeyd edək ki, festival iyunun 9-dək davam edəcək. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

 
 
 
 
 
 


loading...


                 

Digər