Şokolad yağının hazırlanma qaydası

Şokolad yağının hazırlanma qaydası
6925 dəfə oxunub
  • A-
  • A
  • A+

Şokolad yağı uşaqdan-böyüyə hər kəsin sevimlisidir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazır satılan yağların tərkibində qatqı maddələri olduğundan uşaqların yeməsi məsləhət görülmür.

Sizə ev şəraitində hazırlanan şokolad yağı reseptini təqdim edirik.

Lazım olanlar:

4 fincan süd
4-5 x.q çəkilmiş araxis, fındıq və ya badam ləpəsi

4 fincan şəkıər tozu
4 x.q buğda unu
6 x.q kakao
200 qr kərə yağı
qaşığın ucunda duz

Hazırlanması:

Dərin qabda şəkər tozu, un və kakao qarışdırılır.
Sonra yavaş-yavaş süd əlavə edilir. Alınan qarışım qazana tökülür vam odda  bişirilir. Daha sonra qalan ərzaqlar qatılır və qatılaşanadək bişirilir.
Soyuduqdan sonra şüşə qaba yığılır və soyuducuda saxlanılır. Qeyd edək ki, ev şəraitində hazırlanan bu məhsul 10 gün müddətində istifadə edilməlidir.

Nuş olsun!